QARABAĞ AZƏRBAYCANDIR!

Xəstəlik yaradan və öldürən qidalarla bağlı SENSASİON İDDİA 125
2023-11-10 12:57 | 0 Rəy

Xəstəlik yaradan və öldürən qidalarla bağlı SENSASİON İDDİA

Zəruri qeyd: Sözügedən mövqe yalnız ekspertin gəldiyi qənaətdir. Onun araşdırmasının nə qədər doğru olub-olmadığını yalnız müvafiq səlahiyyətli dairələr müəyyən edə bilər.

Ekspert Azərbaycanda istehlakçıya təqdim olunan su, yağ və çörəklə bağlı sensasion iddialar irəli sürüb.

Gündəmtv.az Ölkə.az-a istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Hərəkatının təsisçisi Məshəti Hüseynova deyib ki, sözügedən məhsullarla yanaşı, satışda olan ətlərin də heç biri sağlam deyil.

Onun qənaətincə, Azərbaycanda satılan sulardan yalnız ikisi içməyə yararlıdır:
"Qalanını heç maşına belə tökməyə yaramır. Yəni o qədər çox codluluğu var. Həm laborator üsullarla, həm də codluluğunu yoxlamaqla axtarırıq. Araşdırmalarımızın nəticəsini aidiyyəti qurumlara göndərdikdə əksəriyyəti tərəfindən qəbul olunmur. Çünki onlar tərəfindən sertifikat alıb.

Bəzi insanlar deyir ki, suyu içəndən sonra ağırlıq hiss edirəm və yaxud da elə bil, ürəyim bulanır. Bu o deməkdir ki, həmin suyun tərkibi təmiz deyil, sadəcə olaraq, düzgün şəkildə qablaşdırılmayıb. Eyni zamanda xlorlanıb, bütün vitamin və mineralı öldürülüb. Hələ bu olsa belə yaxşıdır. Bəzən heç bir emal prosesi keçmədən doldurulub satılır ki, bu da bir başqa problemdir. 
Bugünkü ürəktutmaları, ürək-damar xəstəliklərinin çoxalması, cavanlaşan ölüm, xərçəng xəstəliyi, autizm, daun sindromlu xəstəliklərin sayının sürətlə çoxalmasının səbəbi ilk növbədə qidadır. Çünki qidalarımızın tərkibi tamamilə sıradan çıxıb".

Mütəxəssisin iddiasına görə, dünyada dərman və qida şirkətlərinin başında eyni adamlar durur:

"Qidalarla xəstəliyi yaymaqla xəstəliklərin dərmanları satılır. Nəyə görə bu vaxta qədər autizmli, daun sindromlu xəstələr yox idi?! Çünki geni dəyişdirilmiş məhsullar yox idi. Həmin meyvə-tərəvəzlərlə qidalanan gənclərdən dünyaya gələn uşaqların xromosom balansı pozulur. Çünki həmin qidalarla qidalanır. Və yaxud da biz deyirik ki, "tütün çəkmə, zərərli vərdişdir", amma keçmiş illərdə bəzi nənə-babablar tütündən istifadə edib 80 yaşa qədər yaşayıb. Bugünkü siqarelərin tərkibində minimum 140-dan çox kimyəvi maddə var. O siqareti çəkdikdə 4 mindən çox zəhərli maddə buraxır. Bu da tütün deyil.
Zərərli vərdişlərin ən birincisi, hətta narkotikdən belə zərərli olan tütünlə bağlı da araşdırma aparmışıq.
Eyni zamanda bunu yağlara da aid edə bilərəm.
Çünki bunun hər biri üçün müvafiq qurumlar var. Monitorinqləri aparan, bu məhsulların satışına icazə verən qurumlar var ki, onların özləriin səlahiyyətində olduğu üçün təbii ki, bizim tədqiqatlarımızı qəbul etməyə bilərlər. Fakt ortadadır", - deyə o televiziyalardan birinin efirində söyləyib.

M.Hüseynova enerji içkilərinin nə üçün ölümə səbəb olması barədə danışarkən bunları deyib:

"Son vaxtlarda 3 gəncimiz dünyasını dəyişdi. Onlardan birinin narkotik vasitə, digər ikisinin adı "enerji içkisi" olan içkiləri qəbul etdikdən sonra öldüyü deyildi. 
Gənclərin əksəriyyəti demək olar ki, düzgün qidalanmır, immun sistemi zəifdir və gün ərzində normal qidalanmadan birdən-birə həmin o zəhərli məhsulu içdikdə təbii ki, ürəktutması baş verir. 
Bəzən ölüm səbəbi "qida zəhərlənməsi" kimi göstərilsə də, heç vaxt tam dəqiqliklə göstərilmir ki, hansı qidadan zəhərlənib. 
Və yaxud bu gün palma yağından bütün qidaların tərkibində görə bilərik. Trans yağlar və s. bütün bunlar orqanizmdə həzm olmur. Bu da damar tıxanıqlığına gətirib çıxarır".

Zəruri qeyd: Sözügedən mövqe yalnız ekspertin gəldiyi qənaətdir. Onun araşdırmasının nə qədər doğru olub-olmadığını yalnız müvafiq səlahiyyətli dairələr müəyyən edə bilər. 
Ölkə.Az iddialarla bağlı məsul olan qurumların və ya şəxslərin fikirlərini dərc etməyə hazırdır.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş