QARABAĞ AZƏRBAYCANDIR!

Xərçəngi aşkar etməyin asan yolu açıqlanıb 75
2022-10-13 09:33 | 0 Rəy

Xərçəngi aşkar etməyin asan yolu açıqlanıb

Barmaqların ucundakı dəyişikliklər xərçəngin başlanğıcını göstərə bilər.

“Gündəmtv.az” Report-a istinadən xəbər verir ki, bu barədə “Express” nəşri Britaniya Milli Səhiyyə Xidmətinin məlumatlarına istinadən yazır.

Söhbət Hippokrat barmaqları sindromundan gedir. Dırnaqların qalınlaşması, yumru və qabarıq olması ağciyər xərçəngindən xəbər verə bilər. Dırnaqları bu cür olan insanların 35 faizində ağciyər xərçəngi aşkar edilib.

Xərçəngin istənilən növü üçün xarakterik olan ümumi əlamətlər: digər səbəblərlə izah oluna bilməyən zəiflik, bədən çəkisinin azalması, iştahanın olmamasıdır.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş