QARABAĞ AZƏRBAYCANDIR!

Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır 181
2022-10-13 09:33 | 0 Rəy

Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır

“Bərdədən Ağdama dəmir yolu xəttinin bərpası başa çatdıqdan sonra Xankəndiyə də dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”.

"Gündəmtv.az" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Şuşaya dəmir yolu xəttinin çəkilməsi istiqamətində layihələndirmə işləri gedir:

“Tikinti işlərinə nə vaxt başlanılacağını deyə bilmərəm. Qərar verilsə, ondan sonra işlərə başlanılacaq”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş