Xankəndini tərk edən ermənilərin barbarlığı - VİDEO
Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər ərazini tərk edərkən növbəti dəfə barbarlıq nümayiş etdiriblər.
Gündəmtv.az xəbər verir ki, erməni sakinlər şəhəri tərk etməzdən əvvəl bir çox mağaza və obyektləri boşaltmaqla yanaşı, həm də yararsız vəziyyətə salıblar.
Erməni mənbələrinin paylaşdığı görüntülərdə mağazaların şüşələrinin sındırıldığı, şkafların yerə atıldığı öz əksini tapıb.
Qarabağdan götürə bildiklərini daşıyan ermənilər götürə bilmədikləri bir çox böyük əşyaları bacardıqları qədər dağıdıblar.
Hətta mağazalardan birində ödəmə aparatlarını da mümkün qədər işəyaramaz hala salıblar.
Qeyd edək ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Qarabağdan çıxan erməni sakinlər evlərinə və meşələrə od vururdular. Bu dəfə isə inzibati binalara od vururaraq arxivləri, maddi sübutları məhv etməyə cəhd ediblər.
Azərbaycan hökumətinin, polislərinin və hərbçilərinin humanist münasibətinə, açıqlamalarında onlara yaxşı münasibət göstərildiyini və geri qayıtmaq niyyətlərinin olduğunu demələrinə baxmayaraq, görünür, ermənilər köhnə xislətlərindən əl çəkə bilmirlər.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş