QARABAĞ AZƏRBAYCANDIR!

Vətən müharibəsi qazisi ABŞ-da universitetə qəbul oldu - FOTO 118
2023-07-20 18:20 | 0 Rəy

Vətən müharibəsi qazisi ABŞ-da universitetə qəbul oldu - FOTO

Vətən müharibəsi qazisi Cavid Əliyev dövlətin dəstəyi ilə ABŞ-da təhsil alacaq.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat paylaşıb. O bildirib ki, “2022-2026 Dövlət Proqramı”na ilkin siyahı üzrə qəbul olunan 134 nəfər gənclər arasında həm də Vətən müharibəsi qazisi Cavid Əliyev var.

C.Əliyev Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb. O, ABŞ-ın Minnesota Universitetinin Supply Chain Management (Təchizat zəncirinin idarəolunması) ixtisasına magistratura səviyyəsinə qəbul olunub.

C.Əliyev həm də 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində Koreyanın KAİST universitetində Electrical Engineering (Elekrtik mühəndisliyi) və Technology Management( Texnologiya menecmenti)  ixtisasları üzrə iki magistratura bitirib. 

 

 

  •  

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş