QARABAĞ AZƏRBAYCANDIR!

ÜST fövqəladə vəziyyət rejiminin müddətini uzatdı 14
2023-01-30 19:00 | 0 Rəy

ÜST fövqəladə vəziyyət rejiminin müddətini uzatdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılması ilə əlaqədar 2020-ci ilin yanvarından bəri qüvvədə olan fövqəladə vəziyyət rejiminin müddətini daha 3 ay uzadıb.

Gündəmtv.az xəbər verir ki, bu barədə ÜST-nin Cenevrədəki mənzil-qərargahında təşkilatın Fövqəladə Komitəsinin iclasının yekunlarına dair dərc edilən məlumatda deyilir.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyasının hələ də təhlükəli olduğunu və ictimai sağlamlıq üçün təhlükə yaratdığını vurğulayıb.

O bildirib ki, bu pandemiya beynəlxalq əhəmiyyətli ictimai səhiyyədə fövqəladə vəziyyət nümayiş olunmaqda davam edir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş