QARABAĞ AZƏRBAYCANDIR!

ÜST: Dünyada 80 təsdiqlənmiş meymun çiçəyi xəstəliyi var - ÖZƏL 93
2022-05-21 19:12 | 0 Rəy

ÜST: Dünyada 80 təsdiqlənmiş meymun çiçəyi xəstəliyi var - ÖZƏL

Dünyada təsdiqlənmiş 80 meymun çiçəyi xəstəliyi var.

"Gündəmtv.az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında bildirilib.

Təşkilat xəstəliyin səbəbi və miqyasının araşdırıldığını və hazırda 11 ölkədə 80 təsdiqlənmiş yoluxma faktının olduğu açıqlayıb.

İndiyə kimi 50 hadisənin araşdırıldığını bildirən ÜST, yoluxmaların artması ilə bağlı xəbərdarlıq edib:

"Virus bəzi ölkələrdə bəzi heyvan populyasiyalarında endemikdir (regiona xas yoluxucu xəstəlik), yerli sakinlər və səyahətçilər arasında ara-sıra yayılmalara səbəb olur".

GÜNDƏMTV.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş