QARABAĞ AZƏRBAYCANDIR!

Uşaqlarda peyvəndləmə yaşı aşağı endirildi: 3-11 yaş arasında... 21
2021-10-27 14:44 | 0 Rəy

Uşaqlarda peyvəndləmə yaşı aşağı endirildi: 3-11 yaş arasında...

Çində COVID-19 virusuna qarşı uşaqlar arasında vaksinasiya yaşı aşağı endirilib.

Gundemtv.az xəbər verir ki, Çinin Hubey, Hunan, Hainan və Cıcianq vilayətlərindəki səhiyyə komissiyalarının verdiyi qərara əsasən, 3-11 yaş aralığında uşaqlar COVID-19 virusuna qarşı peyvənd olunacaqlar.

Yaxın günlərdə eyni qərar ölkənin Fucien ve Anhui əyalətlərində də tətbiq olunacaq.

Uşaqlara Sinopharm ve Sinovak şirkətlərinin istehsal etdiyi peyvəndlər iki doza olmaqla vurulacaq.

Mütəxəssislərin araşdırmalarına görə, virusa yoluxan uşaqların 40 faizdən çoxu 12 yaşdan aşağıdır.

Xatırladaq ki, daha əvvəl Çin 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı vaksinasiyasına icazə verirdi.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş