QARABAĞ AZƏRBAYCANDIR!

“Ural Hava Yolları” Kaluqa və İrkutskdan Bakıya birbaşa uçuşlara başlayır 81
2022-10-13 09:33 | 0 Rəy

“Ural Hava Yolları” Kaluqa və İrkutskdan Bakıya birbaşa uçuşlara başlayır

“Ural Hava Yolları” aviaşirkəti dekabrın 18-dən Rusiyanın Jukovsk hava limanından Bakıya uçuşlara başlayacaq.

"Gündəmtv.az" "Report"a istinadən xəbər verir ki, aviaşirkət Jukovsk, Kaluqa və İrkutskdan Azərbaycana birbaşa müntəzəm reyslər yerinə yetirəcək.

Qeyd edilir ki, Jukovsk-Bakı-Jukovsk reysləri cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Jukovsk hava limanıdan uçuş 13:00-da, Bakıdan – 18:10-da olacaq. Reys üzrə üçüş vaxtı 3 saat 10 dəqiqə təşkil edəcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş