QARABAĞ AZƏRBAYCANDIR!

Ulu Öndər Heydər Əliyevin qarşısında bir gündə iki qızıl medal qazanan  çempion- Fotolar 211
2021-09-27 01:34 | 0 Rəy

Ulu Öndər Heydər Əliyevin qarşısında bir gündə iki qızıl medal qazanan çempion- Fotolar

"Gündəmtv.az" dünyanı fəth edən, "on qat"  Azərbaycan çempionu, Ulu Öndər Heydər Əliyevin qarşısında  iki qızıl medal qazanan dünya şöhrətli bir idmançıdan danışacaq.

Novruzov Rəhim Allahverdi oglu 1958 ci ildə   Qubadlı rayonunda anadan olub. Üç yaşı olanda ailəsi  Sumqayıt şəhərinə köçür .  Uşaq yaşlarından futbola həvəsi olsada ,1972 ci  ilde sərbəst  güləşlə məşğul  olmağa başlayıb. Çox keçmir ki, gərgin keçən məşqlər öz bəhrəsini verir.

1975 ci ildə  şəhər  çempionatının 2-cisi olur. 1980-1983 cü  illərdə  Almaniya, Fransa,  Amerika, Polşa, Sloveniya, Bolqarıstan, Əfqanıstan və digər ölkələrdə keçirilən Beynəlxalq turnirlərin 1-cisi olur.

Rəhim Novruzov  "on qat"  Azərbaycan  çempionudur. 1983 cü ildə yaşlılar arasında SSR-i  çempionu olur.

Nəzərinizə çatdıraqki, 1983 cü  ildə SSRİ  xalqlarının  8-ci Yay  spartakiadası keçirilir. Bu spartakiadada  Azərbaycan idmançılarının  bayraqdarı  Rəhim Novruzov olur.  Rəhim Novruzov burada  iki  qızıl medal qazanaraq, həm SSRİ çempionu olur,  həmdə SSRİ  xalqlarının 8-ci Yay  spartakiadasının qalibi olur.

Rəhim üçün ən qürur verici məqam  o, idiki  onun qələbələrini  Azərbaycan xalqının ümummilli  lideri Heydər Əliyev  tribunadan izləyirdi.

Rəhim Novruzov  bu qələbələrlə  kifayətlənmir. 1984 cü ildə Avropa çempionu olur.  1985 ci ildə  Amerikada  dünya kubokunun qalibi olur.

Rəhim Novruzov Beynəlxalq dərəcəli idman ustasıdır.

Çempionumuz 63 yaşını qeyd edir.  Təbrik Edirik

Qalareya

Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş