QARABAĞ AZƏRBAYCANDIR!

“Türklər Cermuxda dayanıb, biz isə sığınacaq axtarırıq” – Aşotyandan sensasion AÇIQLAMA 211
2022-10-13 09:33 | 0 Rəy

“Türklər Cermuxda dayanıb, biz isə sığınacaq axtarırıq” – Aşotyandan sensasion AÇIQLAMA

“Nikol Paşinyan həm 44 günlük müharibədə, həm də son döyüşlər zamanı ölənlərin adlarını açıqlamır ki, qurbanların həqiqi sayını bilməyək”.

Gündəmtv.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə RPA-nın sədr müavini Armen Aşotyan deyib.

Aşotyanın sözlərinə görə, qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə bağlı Azərbaycanın gələcəkdə MDB-dən çıxacağı mübahisəlidir. Bu halda ciddi çətinliklərlə üzləşəcəyik:

“Ərazi bütövlüyü tanınsa və sərhədlər cızılsa belə, zəifsinizsə, ordunuz yoxdursa, özünüzü müdafiə edə bilməyəcəksiniz. Bu zaman eynəlxalq səviyyədə tanınan vahid sərhəd hücumlardan qorunmayacaq”, - müxalifət lideri qeyd edib.

Aşotyan Paşinyanın sülh müqaviləsinin “Artsax” məsələsinə təsir edə bilməyəcəyi barədə bəyanatına da toxunub. O bildirib ki, Qarabağ probleminə Ermənistan-Azərbaycan münasibətlərindən kənarda baxılması mümkün deyil:

“Paşinyan vəhşicəsinə dedi ki, Azərbaycan “Artsax”la danışıqlar aparmalıdır. Nəticədə biz “Artsax”ı tərk etdik, türklər isə Cermuxda dayanır. Biz isə sığınacaq axtarırıq”- Aşotyan fikirlərini tamamlayıb.

İlkin Əlyar  

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş