Türkiyədə daha iki zəlzələ baş verdi
Türkiyədə səhər saatlarında daha iki zəlzələ baş verib.
Gündəmtv.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.
Məlumata görə, zəlzələlərdən biri Kahramanmaraş şəhərinin Göksun rayonunda olub.
Gücü 4,2 bal olan zəlzələ saat 08:52-də 3,7 km dərinlikdə qeydə alınıb.
İkinci zəlzələ isə Malatyanın Gülümuşağı kəndində bir km dərinlikdə baş verib. Saat 09:08-də qeydə alınan zəlzələ 4,4 bal gücündə olub.//Oxu.az
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş