QARABAĞ AZƏRBAYCANDIR!

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin FOTOLARI 14
2023-02-06 18:19 | 0 Rəy

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin FOTOLARI

Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalanlar arasında azərbaycanlı tələbələr də var.

Gündəmtv.az Sfera.az-a istinadən xəbər verir ki, onlar Hümam İsmayıllı, Samir Quliyev, Şahin Verdiyev, Gündüz Nəzərzadədir.

Qeyd edək ki, 6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Operativ Qərargah yaradılıb.

Operativ Qərargah Azərbaycan Respublikasının İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında yaradılmış Operativ Qərargahlarla əlaqəli şəkildə zəlzələdən zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşlarını müəyyənləşdirməkdədir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş