QARABAĞ AZƏRBAYCANDIR!

Türkiyədə 6 nəfərin “omikron” ştammına yoluxduğu qeydə alındı 90
2022-10-13 09:33 | 0 Rəy

Türkiyədə 6 nəfərin “omikron” ştammına yoluxduğu qeydə alındı

Türkiyədə 6 nəfərin koronavirusun “omikron” ştammına yoluxma halı qeydə alınıb.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

“Türkiyədə 6 nəfərin “omikron” ştammına yoluxma halı qeydə alınıb. Bir nəfərin İstanbulda, beş nəfərin isə İzmirdə yoluxması müəyyən edilib”, – Koca deyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada tapılan koronavirusun yeni variantını narahatlıq doğuran kimi ştamm kimi təsnif edib. ÜST yeni ştammın adını yunan hərfi olan omikron ilə B.1.1.529 adlandırıb.

Konkret.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş