Türkiyə yığmasının futbolçusu zədələndi
Rusiya MOİK-inin futbolçusu Yusuf Yazıcı Türkiyə yığmasının düşərgəsində zədələnib.
"Gündəmtv.az"ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi yüngül xəsarət alması səbəbindən son məşqə qatılmayıb.
Hazırda “ay-ulduzlular” İtaliya yığması ilə martın 29-da keçirəcəkləri yoldaşlıq görüşünə hazırlaşır.
Qeyd edək ki, müqavilə ilə Fransa “Lill”inə məxsus Yusuf Yazıcı MOİK-də icarə əsasənda forma geyinir. O, Türkiyə millisində 39 matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş