QARABAĞ AZƏRBAYCANDIR!

Türkiyə turizm işçilərinin peyvəndlənməsi ilə bağlı qeydiyyat proqramı başladıb 97
2021-03-16 17:27 | 0 Rəy

Türkiyə turizm işçilərinin peyvəndlənməsi ilə bağlı qeydiyyat proqramı başladıb

Türkiyə turizm sektorunda çalışan işçilərin peyvəndlənməsi ilə bağlı qeydiyyat proqramına start verib.

Gundemtv.az-ın Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyi (TGA) ilə koordinasiyalı şəkildə turizm sektorunda çalışan işçilər üçün “Turizm işçilərinin peyvəndlənməsi qeydiyyat proqramı” başladıb.

Sözügedən proqram qarşıdan gələn turizm mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etmək, onların və turizm işçilərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı” çərçivəsində başladılıb.

 

Bildirilib ki, Türkiyə 2020-ci ilin iyun ayında "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı"na start verildiyi andan etibarən sağlamlıq və təhlükəsizlik qaydalarını təqib etmək və bu təhlükəsizliyi qorumaq üçün bütün lazımi addımları atır. Turizm mövsümünün açılmasının ardından Mədəniyyət və Turizm Nazirliyi turizm xidmətlərinin il boyu açıq qalması üçün turizm sektoru işçilərinin peyvəndlənməsi proqramına daxil edilməsi istiqamətində işlərə başlayıb. Proqram çərçivəsində ilk növbədə "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı"nda qeydiyyatdan keçmiş qonaqlama yerləri, restoranlar, tur bələdçiləri, turizm agentliklərinin işçiləri peyvəndlənəcək.

Qeyd edək ki, Türkiyə COVID-19 ilə mübarizə səylərinin bir parçası olaraq dünyanın turizm sahəsində ilk nümunələrindən biri olan “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı”nı başladıb. Ölkədə indiyə qədər 8 mindən çox turizm obyekti sertifikatlaşdırılıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş