QARABAĞ AZƏRBAYCANDIR!

Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən azərbaycanlılar haradadır? 64
2022-10-13 09:33 | 0 Rəy

Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən azərbaycanlılar haradadır?

16 aprel 2022-ci il tarixində Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. Gəminin heyəti arasında 2 Azərbaycan vətəndaşı olub.

Gündəmtv.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir.

 

 

 

 

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş