QARABAĞ AZƏRBAYCANDIR!

Tunisdə  9 nəfər edam cəzasına məhkum edilib 30
2022-01-15 04:43 | 0 Rəy

Tunisdə 9 nəfər edam cəzasına məhkum edilib

Tunis məhkəməsi 2016-cı ildə ordunun baş çavuşu Səid əl-Qazlaninin qətlində təqsirli bilinən 9 nəfəri edam cəzasına məhkum edib.

"Gündəmtv.az"ın məlumatına görə, bu barədə TAP agentliyi xəbər verib.

“Tunis Birinci İnstansiya Məhkəməsinin Terrorla Əlaqəli Cinayətlər üzrə Cinayət Palatası cümə günü Milli Ordunun baş çavuşu Səid əl-Qazlaninin qətli işi üzrə doqquz müttəhimə ölüm hökmü çıxarıb”, - xəbərdə bildirilir.

Bundan başqa, məhkəmə daha 15 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

Əl-Qəzlani 2016-cı ilin noyabrında Kasserin əyalətində ailəsinin evinə soxulan bir qrup silahlı tərəfindən öldürülüb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş