QARABAĞ AZƏRBAYCANDIR!

Toylar üçün icazə alınmalıdır – Qərar dəyişdi 106
2022-10-13 09:33 | 0 Rəy

Toylar üçün icazə alınmalıdır – Qərar dəyişdi

Toylarla bağlı “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək tələbi yenidən aktivləşib.

"Gündəmtv.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, bu sahədə sui-istifadə hallarının qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları – mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb qüvvədə saxlanılır.

Qeyd edək ki, toylara qoyulan say limitinin ləğv edilməsindən sonra açıqlanan məlumatda qeydiyyatdan keçmək tələbinin də ləğv edildiyi bildirilmişdi.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş