QARABAĞ AZƏRBAYCANDIR!

Toy aparıcıları, bərbər və dərzilər tibbi sığorta haqqı ödəyəcəklər 70
2022-10-13 09:33 | 0 Rəy

Toy aparıcıları, bərbər və dərzilər tibbi sığorta haqqı ödəyəcəklər

Azərbaycanda toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlər icbari tibbi sığorta ilə əhatə olunacaq.

Gündəmtv.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib.

Layihədə əsasən, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi, bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və sair) icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub.

Bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.

Dəyişiklik səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş