"Tiktok" birdəfəlik bağalana bilər" xəbəri gündəm oldu: "Bağlansın..." - FOTOLAR
"Tiktok"n birdəfəlik bağlana bilər" başlıqlı xəbər sosial medianın müzakirə mövzularından birinə çevrilib.
Gündəmtv.az Ölkə.Az-a istinadən xəbər verir ki, sözügedən məzmunda dərc olunan məqalə feysbuk platformasının istifadəçilərinin diqqətini çəkib.
Belə ki, sosial mediada paylaşılan xəbərə bir çox insan "bağlansın" şərhini yazıb. Hətta bəziləri təkidlə "Tiktok"un qapadılmasını təklif edib.
Sözügedən platformanın bağlanmasını istəməyənlər isə fikirlərini əsasən belə izah ediblər: "Orada həkim məsləhətləri və türkəçarələr, reseptlər olur"
Bundan əlavə, "Tiktok"un bağlanması ilə atılacaq addımı "savab" kimi qiymətləndirənlər də az olmayıb.
Xatırladaq ki, bu məzmunda xəbəri iqtisadiyyat.az saytı gündəmə gətirib.
Qeyd edək ki, sentyabrın 19-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Məlumat üçün bildirək ki, bir çox insan "Tiktok"dan gəlir mənbəyi və maarifləndirici platforma kimi də istifadə edir.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş