QARABAĞ AZƏRBAYCANDIR!

“Təhsil haqqında” qanuna təklif olunan dəyişiklik qəbul edildi 95
2022-11-05 15:14 | 0 Rəy

“Təhsil haqqında” qanuna təklif olunan dəyişiklik qəbul edildi

“Təhsil haqqında” qanuna Azərbaycanda universitetdən xaric və bərpa olunmanın hüquqi əsaslarının formalaşdırılması ilə bağlı təklif olunan dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Gündəmtv.az xəbər verir ki, dəyişikliklə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir.

Bundan əlavə, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş