QARABAĞ AZƏRBAYCANDIR!

TƏBİB koronovirus testlərinin fərqli nəticələr göstərməsinə münasibət bildirib 67
2022-10-13 09:33 | 0 Rəy

TƏBİB koronovirus testlərinin fərqli nəticələr göstərməsinə münasibət bildirib

"Koronavirus testinin pozitiv nəticəsinin sonrakı gündə neqativ çıxması halları ilə bütün dünyada qarşılaşmaq mümkündür".

Bu barədə Gundemtv.az-ın sorğusuna cavab olaraq TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış deyib.

O bildirib ki, bunun əsas səbəblərdən biri xəstəliyin bəzi mərhələlərində prosesin artıq yuxarı tənəffüs yollarından silinib aşağı tənəffüs yollarına keçməsi ilə bağlı ola bilər: "Digər səbəb materialı götürən şəxsin prosesi qaydalara uyğun icra edib-etməməsi ilə bağlıdır. Yaxma daha dərindən, udlaqdan götürülməlidir. Nazirlər Kabinetinin sərəncamına əsasən, 7 gündən sonra 24 saat fasilə ilə götürülən testin cavabı 2 dəfə neqativ çıxarsa, sonuncu cavab əsas götürülür".

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş