QARABAĞ AZƏRBAYCANDIR!

Tarixi oyun: “Qarabağ” Xankədidə MOİK-i məğlub etdi  - YENİLƏNİB - VİDEO 141
2023-12-21 16:03 | 0 Rəy

Tarixi oyun: “Qarabağ” Xankədidə MOİK-i məğlub etdi - YENİLƏNİB - VİDEO

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“Qarabağ” MOİK-lə üz-üzə gəlib.

Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

***

“Qarabağ”hesabı açdı, Nəriman Axundzadə fərqləndi. Futbolçu tarixi qolun müəllifi oldu.

“Qarabağ” 1:0  MOİK

***
Xankəndidə "Qarabağ" və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

Hələlik görüşdə hesab açılmayıb.

***
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” - MOİK matçında ilk hissə başa çatıb. 

 Gündəmtv.az xəbər verir ki, birinci hissədə hesab açılmayıb.

 

***
“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

“Report”un şəhərə ezam olunmuş əməkdaşı xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

***
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda üz-üzə gələcək “Qarabağ” və MOİK komandaları start heyətlərini açıqlayıblar.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxacaqlar.

“Qarabağ”: Luka Quqeşaşvili, Mateus Silva, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Marko Yankoviç, Riçard Almeyda, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Juninyo.

Ehtiyat oyunçular: Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Abbas Hüseynov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade, Adama Diakabi.

Baş məşqçi: Qurban Qurbanov.

MOİK: Zeynal Əhmədzadə, Fərid Abbaslı, Nicat Əskərov, Nurlan Bayramov, İsa Zeynallı (k), Ramil Orucov, Xəyal Bədirov, Elvin Vəliyev, Elmir Rəhimzadə, Sabir Allahquliyev, Ülvi İbazadə.

Ehtiyat oyunçular: Ayxan Qocayev, Məhmməd Qurbanov, Nihad Ağayev, Həsrət Mürsəlov, Cavidan Abbaszadə, Samir İbrahimov, Raul Musayev, Murad Musayev, Elşən Veysov, Elçin Bayramov.

Baş məşqçi: Qəzənfər Abbasov.

Qeyd edək ki, görüş saat 14:00-da başlayacaq.

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş