Şuşanın “Teleqüllə” sindən görüntülər - İlyas Hüseynov yazır
"Gündəmtv.az" xəbər verir ki , bu şəkil Şuşanın “Teleqüllə” adlanan yerindən çəkilib.
Xəritədə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Yeddixırman və Fərrux dağlarının zirvələri göstərilib.
İndi Prezident İlham Əliyevin Salyan rayonunda çıxışına nəzər salaq: "Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlillər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar.
Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada".
Ali Baş Komandanın "Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar" tezisi isə Qarabağ Azərbaycandır! şüarının tərkib hissəsi olmaqla yanaşı, həm kənar qüvvələrə verilən ciddi mesaj, həm də Azərbaycanın güclü iradəsini və prinsipiallığını nümayiş etdirən mövqenin bəyan olunmasıdır.
Revanşizmdən danışanlar, əsgərimizə işgəncə verənlər, müqəddəs bayrağımıza əl qaldıranlar bunun cavabsız qalacağını düşünməsinlər!
Xəritəyə və konkret mesajlara yaxşı nəzər salsınlar! İlyas Hüseynov
Qalareya

0 şərh:
Səndə öz fikrini bizimlə bölüş