QARABAĞ AZƏRBAYCANDIR!

"Şuşanın kəndlərini və Xocalını azad etməli ,Laçın dəhlizində gömrük postu qurmalıyıq"-İLGİNC AÇIQLAMA 444
2021-11-26 22:14 | 0 Rəy

"Şuşanın kəndlərini və Xocalını azad etməli ,Laçın dəhlizində gömrük postu qurmalıyıq"-İLGİNC AÇIQLAMA

Xəbər verdiyimiz kimi ,Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra birgə bəyanat imzalanıb.

Soçi görüşünün təfərrüatlarını "Gündəmtv.az"-a şərh edən politoloq Elxan Şahinoğlu hələ yolumuzun uzun olduğunu bildirib:

1. Qarabağda erməni separatçıların nəzarətində qalan ərazilərimizi, o cümlədən Şuşanın kəndlərini, Xocalını azad etməliyik;
2. Laçın dəhlizində sərhəd və gömrük xidmətinin fəaliyyətini təmin etməliyik;
3. Qarabağdakı separatçıların tərksilahına, o cümlədən bölgədəki ermənilərin Azərbaycan qanunları ilə yaşamasına və Azərbaycan pasportları daşımalarına nail olmalıyıq;
4. Rusiya hərbçilərinin 4 ildən sonra bölgəni tərk etməsina nail olmalıyıq;
5. Qərbi Zəngəzur üzərindən Naxçıvana və Türkiyəyə keçid imkanı qazanmalıyıq;
6. Ermənistanla sərhədin delimitasiyasına və demarkasiyasına nail olmalıyıq;
7. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycana aid olduğunu tanıyan sülh sazişinin imzalanmasını təmin etməliyik.

 İlkin Əlyar
  

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş