QARABAĞ AZƏRBAYCANDIR!

Şuşada tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması qaydası müəyyənləşib 126
2023-09-05 19:21 | 0 Rəy

Şuşada tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması qaydası müəyyənləşib

Nazirlər Kabineti “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ına dəyişiklik edib.

"Gündəmtv.az" xəbər verir ki, dəyişiklik Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Şuşa şəhəri ərazisində tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə əlaqədardır.

Beləliklə, tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin tikinti işlərinin dayandırılması ilə bağlı qərarı olduğu halda, həmin qərarın Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişi olduğu halda, həmin göstərişin qüvvədə olduğu müddətə qeyd-şərtsiz olaraq uzadılır.(APA)

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş