QARABAĞ AZƏRBAYCANDIR!

Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şossenin hazır olacağı vaxt açıqlandı 130
2023-09-30 11:50 | 0 Rəy

Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şossenin hazır olacağı vaxt açıqlandı

Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosse yolu gələn ilin birinci rübünə hazır olacaq.

 Gündəmtv.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"Növbəti bir neçə ildə Şuşada bütün küçə infrastrukturunu tamamilə hazır etməyi nəzərdə tutmuşuq", - o deyib.

Aydın Kərimov əlavə edib ki, Şuşada artıq 15 tarixi abidə bərpa oıunub, 4 abidə üzərimdə iş davam edir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş