QARABAĞ AZƏRBAYCANDIR!

Sürücülər üçün vacib xəbər: “Prius”lar sığortalanmayacaq? 72
2024-02-19 11:55 | 0 Rəy

Sürücülər üçün vacib xəbər: “Prius”lar sığortalanmayacaq?

Son zamanlar bəzi sığorta şirkətlərinin modelindən və digər parametrlərindən asılı olaraq müəyyən avtomobillərin sığortasından imrina etməsi ilə bağlı iddialar var.  Xüsusilə, “Toyota” markasının “Prius” modeli və bu qəbildən olan maşınlarla bağlı sığorta probleminin meydana gəldiyi deyilir. 

Səbəb kimi bu növ maşınların əksər hissəsinin taksi fəaliyyətində daha çox istifadə olunması və bu səbəbdən qəza riskinin olduqca yüksək olması göstərilir. Bəs həqiqətən icbari sığorta zamanı sığorta şirkətlərinin hansısa avtomobili sığortalamaqdan imtina etməyə hüququ varmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov bildirib ki, hansısa sığorta şirkəti müxtəlif səbəbdən dolayı avtomobili sığorta etmirsə, bu birbaşa məsuliyyətə səbəb olur: 

“Məlum olduğu kimi, ölkədə avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası məcburi xarakter daşıyır. Yəni dövlət tərəfindən bütün avtonəqliyyat vasitələri sığortaya cəlb olunur. Bütün sığorta şirkətlərinin öhdəliyi var ki, qəza vəziyyəti, texniki problem və başqa səbəbdən hansısa avtomobili sığortalamaqdan imtina edə bilməz. Hazırda İcbari Sığorta Bürosunun üzvü olan 10 sığorta şirkəti var. Həmin sığorta şirkətlərinə avtomobillərin icbari sığortasını qeyri-şərtsiz həyata keçirməklə bağlı öhdəlik qoyulub. Hansısa sığorta şirkəti bundan imtina edirsə, birbaşa məsuliyyət yaradır. Bu məsuliyyət İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunur və Mərkəzi Bank birbaşa nəzarət edir. Əgər bununla bağlı hansısa avtomobil sahibinin problemi varsa, Mərkəzi Bankın “966” qaynar xəttinə sübutları təqdim etməklə müraciət edə bilər”. 

Ekspert vətəndaşlar üçün avtomobillərini sığortalamağın ən rahat yolunu göstərib:

“Bəzi avtomobilləri sığortalamaqdan yayınma ilə bağlı bürokratik səbəblər də var. Məsələn, vətəndaş sığorta ilə bağlı müraciət edən zaman şirkət proqramda və sistemdə səhvlik olduğunu bildirir. Vətəndaşlar İcbari Sığorta Bürosunun “isb.az” saytına daxil olaraq avtomobilinin parametrlərini qeyd edərək təqdim olunan sığorta məbləğini ödəməklə maşınını rahatlıqla sığortalaya bilər. Hal-hazırda qeyd edilən 10 sığorta şirkətinin saytlarında bunu etmək mümkündür. Avtomobilin markasına, modelinə, buraxılış ilinə və probeqinə görə sığorta etməmək birbaşa məsuliyyətə səbəb olur”. 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş