QARABAĞ AZƏRBAYCANDIR!

Sumqayıtda silahlı insidentlə bağlı təfərrüat: Serkan Karakaş bir dəfə də bıçaqlanıbmış 69
2023-10-28 15:31 | 0 Rəy

Sumqayıtda silahlı insidentlə bağlı təfərrüat: Serkan Karakaş bir dəfə də bıçaqlanıbmış

Oktyabrın 28-də saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində yaralanan Serkan Karakaş barədə əvvəllər də şikayətlər olub.

Gündəmtv.az-ın əldə etdiyi məlumata görə, ailə-məişət və borc məsələlərinə görə S.Karakaş barəsində dəfələrlə şikayətlər edilib.

Hətta onun borc üstündə bir dəfə bıçaqlandığı da deyilir.

Bugünkü hadisəni orta yaşlı bir kişinin törətdiyi qeyd edilir.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş