QARABAĞ AZƏRBAYCANDIR!

Sumqayıtda qətlə yetirilən şəxslərin yaxınları dəhşətli hadisədən danışdılar 54
2023-10-28 11:24 | 0 Rəy

Sumqayıtda qətlə yetirilən şəxslərin yaxınları dəhşətli hadisədən danışdılar

Bu səhər saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

Baku TV hadisə yerində olub, hücuma məruz qalan ailənin yaxınlarını və qonşularını danışdırıb.

“Ən birinci anamı öldürdülər. Anama “sabahın xeyir” deyə bilmədim”, - qətlə yetirilən qadının övladı deyib.

Zərərçəkənlərin sözlərinə görə, ailələrinin heç kimlə münaqişəsi olmayıb:

“Anamı yerdə qan içində görüb atamı oyatdım. Sonra atam qarnından vuruldu. Bizə dedi ki, çölə çıxmayın”.

Qonşular isə qeyd ediblər ki, ailədə heç vaxt dava, söz-söhbət eşitməyiblər, onları mehriban insanlar kimi tanıyıblar.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş