QARABAĞ AZƏRBAYCANDIR!

Sumqayıtda peyvənd olunmayan insanları xəstəxanaya müayinəyə buraxmırlar? – AÇIQLAMA + FOTO 204
2022-10-13 09:33 | 0 Rəy

Sumqayıtda peyvənd olunmayan insanları xəstəxanaya müayinəyə buraxmırlar? – AÇIQLAMA + FOTO

Sumqayıt şəhər 2 saylı poliklinikanın girişinə belə bir elan vurulub: “Əhalinin nəzərinə! Koronavirusa qarşı peyvənd olunmamış 50 yaşdan yuxarı şəxslərin həkimlərin kabinetinə daxil olması məhdudlaşdırılır”. Doğrusu bu elanın insanların sağlamlığının keşiyində dayanan tibb müəssisəsinin girişində yazılması məni bir vətəndaş kimi çox təəccübləndirdi. Əlbəttə ki, pandemiyanın geniş vüsət aldığı bir vaxtda hər kəsin peyvənd olunması mütləqdir və vacibdir. Lakin bu məsələ ölkədə könüllülük prinsipi ilə həyata keçirilir və müalicə üçün xəstəxanaya gələn hər bir vətəndaşın müayinə olunmaq hüququ var. Suveren və hüquqi bir dövlətdə yaşadığımız üçün, vətəndaşları bu hüquqdan heç kim məhrum edə bilməz.

Gundemtv.az  xəbər verir ki, məsələ ilə bağlı xəstəxananın baş həkimi Xürrəm Bəhlulov  “Xəzər TV”yə açıqlamasında bunu insanları maarifləndirmək üçün atılan addım kimi dəyərləndirib. Baş həkimin sözlərinə görə, insanlar üçün ayrıca kabinet nəzərdə tutulub: “İnsanları ora göndəririk, maarifləndiririk, vaksinin əhəmiyyətini, xəstəliyin nə dərəcədə qorxulu olduğunu izah edirik.

Xəstələr də gedib peyvənd olurlar. Amma peyvənd olunmasalar da poliklinikaya buraxılırlar. Yəni heç bir qadağa yoxdur və hər kəs xəstəxanaya gəlib müayinədən keçə bilər”. Konkret.az

Qalareya

Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş