QARABAĞ AZƏRBAYCANDIR!

Sumqayıtda əvvəllər məhkum olunan şəxs anası ilə mübahisə edib özünü yandırıb 76
2023-07-10 11:40 | 0 Rəy

Sumqayıtda əvvəllər məhkum olunan şəxs anası ilə mübahisə edib özünü yandırıb

Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğlunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.

"Gündəmtv.az" xəbər verir ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında xəstəxanda ölüb.

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.

Araşdırma aparılır.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş