QARABAĞ AZƏRBAYCANDIR!

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançıdan XƏBƏR VAR 141
2023-08-14 14:34 | 0 Rəy

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançıdan XƏBƏR VAR

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Gündəmtv.az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fəhmin Hümbətovun icraatına verilib.

Məhkəmə iclası avqustun 24-nə təyin edilib.

Qeyd edək ki, bu il aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı M.Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Mehman Xəlilova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş