QARABAĞ AZƏRBAYCANDIR!

Sülhməramlıların texnikasının Qarabağdan sürətlə çıxarılmasının səbəbi 74
2023-11-01 09:45 | 0 Rəy

Sülhməramlıların texnikasının Qarabağdan sürətlə çıxarılmasının səbəbi

Ötən günlərdə Rusiya hərbi kontingentinə məxsus texnikaların Qarabağ bölgəsindən çıxarıldığı əks etdirən görüntülər yayıldı.

Gündəmtv.az-ın xəbərinə görə, yayılan videolara əsasən deyirlirdi ki, sülhməramlılar Azərbaycanı sürətləndirilmiş templə tərk edirlər.

Həmin görüntülər müxtəlif ərazilərdə qeydə alınıb.

Rusiya Müdafiə Nazirliyinin sonuncu bəyanatında deyilir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya kontingentinin rotasiyası başa çatır.

Bildirilib ki, hərbi texnika planlı təmir üçün Qarabağdan Rusiyaya göndərilib.

Rusiya tərəfinin rəsmi açıqlamada rotasiyanın aparıldığını, yəni yerdəyişmənin olduğunu bəyan etsə də, gedən texnikaların əvəzinə gətirilənləri göstərən informasiya və video mövcud deyil.

Görüntü və bəyanatlar onu deməyə əsas verir ki, RSK-nin Azərbaycandakı missiyası tezliklə sonlanacaq.

Bundan əvvəl Qarabağda yerləşmiş sülhməramlılara məxsus bir neçə post ləğv olunub. 

Xatırladaq ki, bir çox yerli ekspertlər Azərbaycan ordusunun 24 saatlıq antiterror əməliyyatından sonra əldə etdiyi nəticəyə əsasən bildirir ki, RSK-nin Qarabağ bölgəsində qalması əhəmiyyətini itirib. Onların vaxtından əvvəl Azərbaycanı tərk edəcəyi söylənilir. Erməni ekspertlər də bu yöndə eyni fikirlə çıxış edir.

Hətta Kremlə yaxınlığı ilə tanınan erməni bloger Mika Badalyan bir ay öncə bildirmişdi ki, Rusiya sülhməramlı kontingenti 2023-cü il noyabrın 1-dək Qarabağı tamamilə tərk edəcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş