QARABAĞ AZƏRBAYCANDIR!

Sosioloji Tədqiqatlar Mərkəzi "exit-poll"un nəticələrini açıqlayıb 63
2024-02-07 20:15 | 0 Rəy

Sosioloji Tədqiqatlar Mərkəzi "exit-poll"un nəticələrini açıqlayıb

Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “exit-poll”un nəticələrini açıqlayıb.

“Gündəmtv.az” xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev seçicilərin 92.4 faizinin səsini qazanıb.

Zahid Oruc 2.2 faiz, Fazil Mustafa 2 faiz, Qüdrət Həsənquliyev 1.6 faiz, Elşad Musayev 0.8 faiz, Razı Nurullayev 0.6 faiz, Əliyev Fuad 0.4 faiz səs toplayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş