QARABAĞ AZƏRBAYCANDIR!

SON DƏQİQƏ: "Yaxın zamanda Qərbi Zəngəzur da Azərbaycanın nəzarətinə keçəcək" 108
2023-04-19 18:13 | 0 Rəy

SON DƏQİQƏ: "Yaxın zamanda Qərbi Zəngəzur da Azərbaycanın nəzarətinə keçəcək"

Son zamanlar erməni cəmiyyətində Zəngəzur dəhlizinin yaxın zamanlarda açılacağı ilə bağlı bir təşviş yaranıb. Hətta bu barədə erməni mediasında və sosial şəbəkələrin erməni seqmentində ciddi müzakirələrin getdiyinin şahidi oluruq. Erməni siyasətçi Postancyanın Zəngəzur dəhlizinin açılması üçün tikintinin sürətləndiyi haqda paylaşım etməsi və ermənilərin 5 kilometr ərazidə geri çəkiləcəyini deməsi isə vəziyyəti bir qədər də gərginləşdirib. Bəs görəsən Zəngəzur dəhlizi qısa müddətdə açıla bilərmi? Erməni siyasətçinin bu istiqamətdə səsləndirdiyi fikirlər nə dərəcədə realdır? 

Mövzunu "Gündəmtv.az"-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, artıq Ermənistanda real vəziyyəti anlamağa başlayıblar: “Ermənilər bilir ki, Azərbaycan gec-tez Zəngəzur dəhlizini açacaq. 1919-cu ilin Paris Sülh Konfransına əsasən Zəngəzur Azərbaycanın bir hissəsi olaraq tanınıb. 1991-ci ildə öz müstəqilliyimizi elan edərkən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğumuzu bəyan etmişik. Doğrudur, 1920-ci illərin əvvəllərində SSRİ rəhbərliyi Zəngəzur vilayətini Azərbaycandan zorla qopararaq Ermənistana verib. Əlbəttə indi tarixi ədalət bərpa olunur. Bu nöqteyi-nəzərdən yanaşdıqda Zəngəzurun böyük bir hissəsinin Azərbaycanın tərkibinə qaytarılacağını deyə bilərik. Erməni cəmiyyəti yeni reallıqları anlasa, onların özləri üçün yaxşı olar”.

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir”  | 1news.az | Xəbərlər

Politoloqun sözlərinə görə, Azərbaycanın başqa dövlətlərə qarşı heç bir ərazi iddiası yoxdur: “Biz öz torpaqlarımızdayıq. Düşünürəm ki, ermənilərin geri çəkilməsi baş verəcək və Zəngəzur dəhlizi açılacaq. Yaxın zamanda Şərqi Zəngəzur kimi Qərbi Zəngəzur da Azərbaycanın nəzarətinə keçəcək. Beləcə Naxçıvandan Azərbaycana torpaq və dəmir yolu açılacaq. Bu, tarixi ədalətin bərpası deməkdir. Sözügedən məsələlərin həll edilməsi üçün Prezident İlham Əliyev bütün səylərini ortaya qoyub. Gedişat işlərin məntiqi ardıcıllıqla davam etdiyini göstərir. Kənar dövlətlərin münaqişənin uzanması ilə bağlı müdaxilələri olsa da, biz dəhlizin açılması üçün çalışırıq və nəticənin uğurlu olacağına inanıram”  KONKRET.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş