QARABAĞ AZƏRBAYCANDIR!

SON DƏQİQƏ: Türkiyədə inflyasiya rekord həddə çatdı 26
2022-10-13 09:33 | 0 Rəy

SON DƏQİQƏ: Türkiyədə inflyasiya rekord həddə çatdı

2022-ci ilin sentyabr ayında Türkiyədə inflyasiya illik ifadədə 83,45%-ə yüksəlib.

Gündəmtv.az-ın məlumatına görə, bu barədə Türkiyənin Statistika Komitəsinin hesabatında deyilir.

Məlumata görə, avqust ayı ilə müqayisədə inflyasiya 3,08%, ötən ilin dekabrından isə 52,4% artıb.

İl ərzində ən çox artım nəqliyyat xidmətləri (117,66%), ərzaq məhsulları (93,05%) və məişət əşyaları (89,68%) sahəsində qeydə alınıb.  

Xatırladaq ki, avqustda illik inflyasiya 80,21% təşkil edib.

İlkin Əlyar

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş