SON DƏQİQƏ: Qazaxıstanda dollar kəskin bahalaşdı
Qazaxıstanda dollar kəskin bahalaşıb.
"Gündəmtv.az" KONKRET.az-a istinadən xəbər verir ki, Mərkəzi Asiya ölkəsində dollar 470 təngəyə satılır.
Gün ərzində birjada dolların 10,45 təngəyə qədər bahalaşdığı bildirilir.
Belə ki, Qazaxıstan Fond Birjasında iyunun 23-də keçirilən hərraclarda dolların məzənnəsi 464,81 təngə təşkil edib.
Bir ayda isə dollar 48,02 təngə bahalaşıb.
Qeyd edək ki, Qazaxıstanın valyutadəyişmə məntəqələrində dollar 464-465 təngəyə alınıb, 469-470 təngəyə satılır.
Məlumat üçün bildirək ki, ICE birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 1 barelə görə 109,5 dollar təşkil edir.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş