QARABAĞ AZƏRBAYCANDIR!

SON DƏQİQƏ: "Elşad Abdullayevin oğlu avtomobil oğurladı - İDDİA + FOTO 1342
2023-02-03 10:00 | 0 Rəy

SON DƏQİQƏ: "Elşad Abdullayevin oğlu avtomobil oğurladı - İDDİA + FOTO

ABU-nun sabiq rektoru, tələbələrə keyfiyyətsiz təhsil və saxta diplom verməklə milyonlarla pul qazanan, hazırda barəsində bir neçə maddə ilə cinayət işi açılaraq beynəlxalq axtarışa verilən Elşad Abdullayev haqda növbəti iddia yayılıb. 

Gündəmtv.az xəbər verir ki, vaxtilə dövlət vəsaitlərini mənimsəyərək xaricdə özünə biznes quran, indi isə Fransaya sığınaraq Azərbaycanın düşmənləri ilə birləşən və ölkəmizə qarşı məkrli planların hazırlanmasında iştirak edən Elşad Abdullayevin oğlu atasının "əməllərini davam etdirir. 

İddialara görə, Azərbaycan dövlətindən mənimsədiyi pullar hesabına Rusiyada ermənilərlə şərikli biznes quran  Elşad Abdullayevin oğlu Elşən Abdullayev avtomobil oğurlayıb.

Belə ki, "Lexus GX -460" markalı,  dövlət nömrə nişanı H 888TV 150 olan 
avtomobilin Abdullayev Elşən Elşad oğlu tərəfindən qaçırıldığı iddia olunur.

Maşının "Odintsovo" rayonu Marfino kəndi 26 ünvanında yerləşdiyi haqda məlumatlar var.  Yəqin ki, Rusiyanın hüquq mühafizə orqanları bu haqda məlumatlıdırlar və tezliklə hərəkətə keçəcəklər. Görünən odur ki, atası Azərbaycan dövlətindən və xalqından pul oğurladığı kimi oğul  Elşən  Abdullayev də avtomobil oğurlayır. Necə deyərlər, "ot öz kökü üstündə bitər".

Gündəmtv.az

Qalareya

Gundemtv.az Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş