QARABAĞ AZƏRBAYCANDIR!

SON DƏQİQƏ: Elşad Abdullayevin bacısı oğlu da axtarışa verildi – Dayısının yolu ilə gedir 839
2022-11-05 22:45 | 0 Rəy

SON DƏQİQƏ: Elşad Abdullayevin bacısı oğlu da axtarışa verildi – Dayısının yolu ilə gedir

Uzun müddətdir törətdiyi qanunsuz əməllərə görə gündəmdən düşməyən və İnterpol tərəfindən beynəlxalq axtarışda olan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev ətrafında qalmaqallar səngimək bilmir. Azərbaycanda qazandığı qeyri-leqal pullarla Fransada “kef” edən Abdullayev orada da dinc durmayaraq ölkəmiz əleyhinə həyata keçirilən demək olar ki, bütün kampaniyalarda yer alır.

Ötən yazılarımzda onun Fransadakı səfirliyimizə edilən hücumda ermənilərlə “iş birliyindən” söz açaraq təkzibolunmaz faktlar ortaya qoyduğumuzu sadiq oxucularımız yəqin ki xatırlayır. Elşad Abdullayevin özü azmış kimi oğlu Elşən Abdullayevin də Moskvada ermənilərlə isti və səmimi münasibət qurması, hətta Susanna Şaqanevno adlı erməni xanıma borca pul verməsi heç kimə sir deyil.

Bu dəfə isə Gündəmtv.az-ın redaksiyasına Abdullayevlər ailəsinin daha bir üzvünün qanunsuz əməlləri haqda məlumatlar daxil olub. Belə ki, Rusiyada fəaliyyət göstərən diaspor rəhbəri Araz Mürsəliyev axtarışa verilib. Bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında da yerləşdirilib.

Məlumata görə, Mürsəliyev Araz Oqtay oğlu Cinayət Məcəlləsinin 311.3.2 (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma)və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilir. Onun barəsində məhkəmə qərarı ilə axtarış elan edilib.

Bu məqamda “ot öz kökü üstündə bitər” və ya “igid” oğul dayısına oxşayar” atalar sözlərini xatırlamamaq olmur. Görünür Abdullayevlər ailəsinin bir çox üzvləri qanundan kənar hərəkətlər etməyə, öz ölkələrinin adına xələl gətirməyə və Azərbaycanın düşmənləri ilə iş birliyi qurmağa meyllidirlər.   

Qeyd edək ki, Araz Mürsəliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə katibi olub. O, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin bacısı oğludur.

Gündəmtv.az

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş