QARABAĞ AZƏRBAYCANDIR!

SON DƏQİQƏ! Azərbaycanın İrandakı səfirliyinə SİLAHLI HÜCUM OLDU - Ölən var - VİDEO 8
2023-01-27 10:00 | 0 Rəy

SON DƏQİQƏ! Azərbaycanın İrandakı səfirliyinə SİLAHLI HÜCUM OLDU - Ölən var - VİDEO

Azərbaycanın İrandakı səfirliyinə hücumda şübhəli bilinən şəxsin saxlanıldığı bildirilir.

Gündəmtv.az xəbər verir ki, silahlı cinayətkar mühafizə postuna soxularaq təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu Kalaşnikov avtomatından öldürüb.

Səfirliyin iki təhlükəsizlik əməkdaşı hücumu dəf edərkən yaralanıb.

Onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

***

10:21

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Bir nəfər ölüb, biri yaralanıb.

Gündəmtv.az xəbər verir ki, bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib.

Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı qəhrəmancasına həlak olub, daha bir nəfər isə yaralanıb.

Hazırda Azərbaycan tərəfi təcili araşdırma aparır və əlavə məlumat veriləcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş