QARABAĞ AZƏRBAYCANDIR!

SOCAR benzinin qiymətinin dəyişəcəyini TƏSDİQLƏDİ 22
2021-09-15 01:07 | 0 Rəy

SOCAR benzinin qiymətinin dəyişəcəyini TƏSDİQLƏDİ

SOCAR benzinin qiymətinin dəyişəcəyini TƏSDİQLƏDİ

Sabahdan etibarən Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətinin dəyişəcəyi barədə məlumat yayılıb.

"Gündəmtv.az" xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli faktı təsdiqləyərək, qiymətdə dəyişiklik ediləcəyini bildirib.
 
Ü. Həbibəylinin sözlərinə görə, qiymətlərdə enmə də ola bilər, artım da: "Hələlik müəyyən edilən qiymətlər dəqiqləşdirilir və rəhbərliyin təsdiqindən sonra ictimaiyyətə açıqlanacaq".
 
Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, sabahdan “Aİ-95” markalı benzinin qiyməti 1 manat 60 qəpik, “Aİ-98” markalı benzinin qiyməti isə 1 manat 90 qəpik təşkil edəcək.
 
“Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə ölkəmizdə satış qiymətinə birbaşa təsir edir.
 
Onu da xatırladaq ki, son qiymət dəyişikliyinə qədər Azərbaycana xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1 manat 45 qəpik, “Aİ-98” super markalı benzinin qiyməti 1 manat 60 qəpik təşkil edirdi. 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş