QARABAĞ AZƏRBAYCANDIR!

Slovakiya Prezidenti koronavirusa yoluxub 21
2022-10-13 09:33 | 0 Rəy

Slovakiya Prezidenti koronavirusa yoluxub

Slovakiya Prezidenti Zuzana Çaputovanın koronavirus testi müsbət çıxıb.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə yerli TASR agentliyi məlumat yayıb.

Nəşr qeyd edib ki, Çaputova yaxın günlər üçün iş proqramını ləğv edib. O, xüsusilə Portuqaliya və İtaliyaya planlaşdırdığı səfərini ləğv etmək məcburiyyətində qalıb. Çaputova Polşa Prezidenti Anjey Duda ilə birlikdə bu ölkələrə getməyi planlaşdırırdı.

Agentliyin məlumatına görə, onlar İtaliya və Portuqaliya hakimiyyətini Ukraynaya Aİ-yə namizəd dövlət statusunun tezliklə verilməsinin zəruriliyinə inandırmaq istəyirdilər.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş