QARABAĞ AZƏRBAYCANDIR!

Siz Rusiyanı yoxsa Fransanı dost hesab edirsiniz? – İrəvan sakinlərinin cavabı TƏƏCCÜB DOĞURUR 146
2021-12-15 17:05 | 0 Rəy

Siz Rusiyanı yoxsa Fransanı dost hesab edirsiniz? – İrəvan sakinlərinin cavabı TƏƏCCÜB DOĞURUR

2021-ci ilin oktyabr-noyabr aylarında İrəvan cəmiyyətində Ermənistanın ən yaxşı müttəfiqinin kim olduğuna, eləcə də Rusiya və Fransaya münasibətin müqayisəsinə dair təhlil aparılıb.

"Gündəmtv.az"ın məlumatına görə, bu barədə Konkret.az erməni mediasına istinadən xəbər verir ki, artıq Ermənistanda Rusiyaya olan müsbət münasibət azalır, əksinə Fransaya rəğbət artır. Bu barədə erməni sosioloq, Avrasiya Ekspert Klubunun üzvü Samvel Manukyan bildirib.

O Ermənistanda bu aspektdə keçirilən sorğunun nəticələrinin belə deməyə əsas verdiyini vurğulayıb. Respondentlərə birbaşa olaraq “Siz Rusiyanı yoxsa Fransanı dost ölkə olaraq görürsünüz?” sualı ünvanlanıb. Məlum olub ki, respondentlərin 35 faizi Rusiyanı, 43 faizi isə Fransanı dost ölkə hesab edir. Digər tərəfdən, Rusiyanı 17 faiz, Fransanı isə 2 faiz respondent dost hesab etməyib. Maraqlısı odur ki, respondentlərin təxminən 23-28 faizi bu sadə suala cavab verməkdə çətinlik çəkib.

Daha sonra respondentlərə “Ermənistan üçün Fransa, yoxsa Rusiya ilə münasibətləri inkişaf etdirmək vacibdir?” sualı verilib. Nəticədə 30 faiz “Rusiya ilə münasibətləri inkişaf etdirməyə üstünlük verilir” cavabını səsləndirib, 20 faiz isə Fransanın adını çəkib. Bununla belə respondentlərin demək olar ki, üçdə biri, yəni 32 faizi “həm Rusiya, həm də Fransa ilə əlaqələr inkişaf etdirilməlidir” cavabını səsləndirib.

“Əgər Ermənistan ya Fransa, ya da Rusiya ilə münasibətləri inkişaf etdirməyə məcbur qalsa, o zaman hansını seçməlidir? sualına respondentlərin cavabı maraqlı olub. Belə ki, bu suala cavab verən Rusiya tərəfdarlarının sayı təxminən iki dəfə artıb. Yəni respondentlərin 54 faizi Rusiyanı seçməyin daha doğru olduğu qənaətinə gəlib. Fransa tərəfdarlarının sayı isə 23 faiz olub.

Xatırladaq ki, 2019-cu ildə İrəvanda keçirilən sorğunun nəticələrinə görə,  Rusiyanı 47 faiz, Fransanı isə 12 faiz respondent ən yaxşı müttəfiq hesab edirdi. Lakin 44 günlük müharibə Ermənistan vətəndaşlarının fikrini Fransaya doğru müsbət istiqamətdə dəyişdirib.

Bəs Ermənistanda Rusiya niyə dost ölkə hesab olunur?

Ümumi konsepsiya rus-erməni tarixi münasibətlərindən qaynaqlanır: “Tarixən Rusiya həmişə Ermənistanın yanında olub”, “Çətin vəziyyətdə Rusiya həmişə Ermənistana kömək edib”, “Müharibələrdə Ermənistanın yanında yalnız Rusiya olub”, “Rusiya olmasaydı, Ermənistan da mövcud olmazdı”, “Rusiya bizi Türkiyədən qoruyur”,  “Rusiya sərhədlərimizi qoruyur”, “Rusiya bizim ən yaxşı müttəfiqimizdir”,  “Rusiya bizim yeganə seçimimizdir”, “Rusiya bizim sənaye inkişafımızın əsasıdır”, “Rusiya gəlir mənbəyimizdir”,  “Ermənilərin Rusiyada işləmək imkanı var”, “Ermənilərin Rusiyada inkişaf etmək imkanı mövcuddur”, “Mən rusları sevirəm” və bu kimi müəyyən edilmiş emosional münasibətlər Rusiyanı Ermənistanın dost ölkəsinə çevirir.

Şəxsi konsepsiya: “Rusiya bizi 44 günlük müharibədə milli fəlakətdən xilas etdi”, “Rusiya müharibəni dayandırdı”, “Rusiya öz qoşunlarını müdafiəmizə göndərdi”, “Rusiya Ermənistana hərbi yardım etdi”, “Rusiya sülhməramlıları bu gün Qarabağdadır” və bu kimi şəxsi konsepsiyalar Rusiyanı dost edir. “Aydındır ki, konsepsiya tamamilə tarixi və 44 günlük müharibə ilə bağlı faktlara əsaslanır” – deyə Manukyan vurğulayıb.

Bəs Niyə ermənilər Fransanı dost hesab edirlər?

Ümumi konsepsiya: “Çətin zamanlarda Fransa bizimlədir”, “Fransa öz ölkəsində ermənilərə sığınacaq verib”, “Fransa 1915-ci ildən bizə kömək edir”, “Fransa erməni soyqırımını tanıdı”, “Fransa erməni soyqırımını tanıyan yeganə ölkədir”, “Fransa Ermənistanla dostdur”, “Fransa ermənilərlə yaxşı rəftar edir” və sairə fikirlər erməniləri bu nəticəyə varmağa məcbur edir.

44 günlük müharibənin özəl konsepsiyası: “Fransa Ermənistana kömək etməyə çalışdı”, “Fransa Ermənistana hər zaman kömək etməyə hazırdır”, “Müharibə zamanı Fransa Ermənistanın yanında idi”, “Fransa prezidentinin heç bir anti-erməni əhval-ruhiyyəsi yoxdur”, “Ölkələrimizin liderləri arasında müsbət əlaqələr mövcuddur”, “Fransa bizə mənəvi dəstək oldu”, “Fransa bizi diplomatik şəkildə dəstəklədi”, “Fransa bizə maddi dəstək verdi”, “44 günlük müharibədə Fransa bizə kömək etdi” və sairə.

“Avrasiyanın geniş məkanda inkişafı üçün Rusiyaya Transqafqazda sülh lazımdır. O, Ermənistanla Azərbaycan arasında balansı saxlamağa məcburdur. Bu da Rusiyanın addımlarının ermənilər tərəfindən manipulyasiya kimi xarakterizə olunmasına gətirib çıxarır. Nəticədə anti-Rusiya əhval-ruhiyyəsini gücləndirir. Vahid Qərbin strategiyası isə Rusiyanın Avrasiya məkanına inteqrasiyasına mane olmaq üçün münaqişələri və müharibələri qızışdırmaqdır” – deyə erməni sosioloq fikirlərini tamamlayıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş