QARABAĞ AZƏRBAYCANDIR!

Serj yox, Serjik Sarkisyan... - Foto 416
2021-10-07 22:11 | 0 Rəy

Serj yox, Serjik Sarkisyan... - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın öz adını dəyişdirdiyini bildirib:

“Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır”.

"Gündəmtv.az" ın məlumatına görə, Azərbaycan dövlət başçısının sözügedən açıqlamasından sonra Sarkisyanın əsl adı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Daha sonra sosial şəbəkələrin həm Azərbaycan, həm də Ermənistan seqmentində eks-Prezidentin komsomol biletinin fotosu yayılıb.

Sənəddən də onun adının Serjik olduğunu görmək mümkündür.

Həmçinin oxuyun“Mənim atamın haqqında söz demək ona çox baha başa gələr” - Video

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş