QARABAĞ AZƏRBAYCANDIR!

"Sərhəd namusdan başlayır" fikri Paşinyanın xətrinə dəyib 183
2022-10-13 09:33 | 0 Rəy

"Sərhəd namusdan başlayır" fikri Paşinyanın xətrinə dəyib

"Paşinyan sərhədə indi erməni sərhədçilərini yerləşdirə bilər. Amma ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası lazımdır. Çünki hazırda bu sərhədlərin haradan keçdiyini kimsə iddia edə bilməz".

Bunu " Gündəmtv.az"-a  açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Ermənistan əhalisi arasında əsgər çatışmazlığı var:

"Heç Ermənistanın özü də bilmir ki, buna kimi dəvət etdiyi ABŞ, Fransa, yaxud Rusiya sərhədçisi harada dayanmalıdır. Çünki bu sərhədlər hər iki tərəfin - Azərbaycan və Ermənistan arasında təyin edilməlidir. Bu proses başa çatmadığına görə gələnlərin hadara dayanacağı, nə iş görəcəyi də tam bəlli deyil. 

Paşinyanın səsləndirdiyi fikirlər hədəf kimi bir müddəadır. Bunun yaradılması həm Ermənistan tərəfindən insan resurusları tələb edir, həm də maliyyə resursları. Bunların da Ermənistanda məhdud olduğunu nəzərə alsaq yəqin ki, yenə proseslərə xarici maliyyənin və müddətdən artıq xidmət edən hərbi qulluqçuları, - məsələn 40-45 yaşlarında insanları MAXE kimi orduya cəlb edib, silahlandırıb, sərhədlərin mühafizəsinə cəlb edə bilərlər. Amma yenə də bu sərhəd zastavalarında yerləşən heyətin sıxlığı böyük sual doğurur. Çünki Ermənistanda hazırda hərbiyə getmək o qədər də prioritet hesab edilmir.

Ermənistan əhalisi arasında əsgər çatışmazlığının mövcud olduğunu bilirik. Yaşlı nəslin isə orduya MAXE kimi cəlb olunmaq kimi bir istəyi görünmür. Odur ki, insan resursu problemi ilə qarşılaşacaqları və maliyyə məsələləri ilə bağlı problemlərin olacağı birmənalıdır. Çünki Paşinyan həm bizim mətbuatda, həm erməni mətbuatında, həm də beynəlxalq KİV-lərdə gedən materiallarla məşğuldur. Yəni Ermənistan hazırda sərhəddini qoruya bilməyən regionun yeganə ölkəsidir ki, öz sərhədlərini, özünü qoruya bilmir. Buna görə də haqlı olaraq həm yerli, həm xarici, həm rəqib mütəxəssislər tərəfindən "sərhəd namusdan başlayır" prinsipinin dəfələrlə səsləndirilməsi görünür Paşinyanın xətrinə dəyib. O da bu barədə erməni sərhədçilərini Azərbaycan-Ermənistan sərhəddində yerləşdirmək niyyətini açıqlayıb. Amma bu, elə də asan və qısa bir proses deyil. Bunun üçün kifayət qədər resurslar səfərbər olunmalıdır".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin necə qorunmalı olduğuna dair özünün sayca üçüncü və əvvəlkilərdən tam fərqlənən planını irəli sürüb. Belə ki, Paşinyan ötən gün hökumətin iclasındakı çıxışı zamanı Ermənistanın Azərbaycanla sərhədin "bəzi hissələrinin" mühafizəsini ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına həvalə etməyə hazırlaşdıqlarını bildirib. Baş nazir bu planı hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl Paşinyan Azərbaycanla sərhədə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən, o cümlədən Fransa və ABŞ-dan sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırmışdı. Daha sonra o, ideyasını yenilədi və bu dəfə Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhəd qoşunlarının dayaq məntəqələrinin yerləşdirilməsi planını irəli sürdü. Paşinyanın bu planını açıqlamasından sonra Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Əskipara (Voskepar) kəndində Rusiya sərhəd qoşunlarının bölməsi yerləşdirildi, daha sonra Rusiya sərhədçilərinin vilayətin digər həmsərhəd kəndlərində də göründüyü məlum oldu. İndi isə Paşinyan tamamilə fərqli plan irəli sürür və Azərbaycanla sərhədin "bəzi hissələrinə" tezliklə erməni sərhədçilərinin yerləşdiriləcəyini deyir. MİLLİ.AZ

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş