QARABAĞ AZƏRBAYCANDIR!

Senator: Erməni lobbisini buraxın, Bakıya səfər edin! 10
2021-06-05 16:52 | 0 Rəy

Senator: Erməni lobbisini buraxın, Bakıya səfər edin!

Fransa senatoru Natali Qule özünün Tvitter səhifəsində Kəlbəcər rayonunda mina partlaması nəticəsində zamanı həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı paylaşım edib.

Gündəmtv.az http://gundemtv.az xəbər verir ki, paylaşımında fransalı senator ötən həftə Bakıda və Ağdamda olduğunu bildirib. Qeyd edib ki, o, minalanmış əraziləri öz gözləri ilə görüb.

“Minalanmış ərazilərin çox geniş sahəni əhatə etdiyni bilirəm. Burada Cənubi Koreya ilə Şimali Koreya arasındakı demilitarizasiya zonasındakından daha çox mina basdırılıb”, – deyə paylaşımda bildirilib.

Kəlbəcərdə mina partlayışı nəticəsində həyatını itirmiş 2 jurnalistin – Sirac Abışovun və Məhərrəm İbrahimovun ailələrinə dərin hüznlə başsağlığı verən Natali Qule yazıb: “Ermənilər minalanmış ərazilərin xəritələrini dərhal Azərbaycana verməlidirlər. Beynəlxalq birlik və xüsusilə Fransa Ermənistanın xeyrinə apardıqları siyasəti dayandırmalıdır. Beynəlxalq birlik ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardım etməli, ədalətli və balanslaşdırılmış yanaşma ilə sülh prosesinə dəstək verməlidir.

Avropalı həmkarlarımı seçkilər xatirinə erməni lobbisini dəstəkləmək əvəzinə, Azərbaycana səfər etməyə çağırıram”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş