QARABAĞ AZƏRBAYCANDIR!

Şəmkirdə keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb 137
2023-08-30 15:30 | 0 Rəy

Şəmkirdə keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Şəmkir rayonunda arvadını öldürməyə cəhd etməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadənin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

"Gündəmtv.az" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 8-nə təyin olunub. 

Qeyd edək ki, Şəmkir rayon polis şöbəsinə rayon sakini, 1996-cı il təvəllüdlü Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş