QARABAĞ AZƏRBAYCANDIR!

Şəmkirdə güclü yağış yağıb, bəzi kənd və qəsəbələrə elektrik enerjisinin verilməsi dayandırılıb 79
2023-08-04 11:28 | 0 Rəy

Şəmkirdə güclü yağış yağıb, bəzi kənd və qəsəbələrə elektrik enerjisinin verilməsi dayandırılıb

Şəmkir rayonuna leysan yağıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb.

"Gündəmtv.az"un Qərb bürosunun məlumatına görə, bölgədə yağan güclü yağış bir sıra fəsadlar törədib.

Şəmkir rayonu Kür qəsəbəsi, Yeniabad, Keçili və Mahmudlu kəndlərində küləklə müşahidə olunan leysan yağışlar nəticəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Bəzi küçələrdə insanların və avtomobillərin hərəkətində çətinlik yaradıb.

Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda da qeyri-sabit hava şəraiti müşahidə olunur.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş